!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metropoliteni qatarlar arasında intervalın çox olmasına aydınlıq gətirdi

!Reklam – Yazi

Bakı metrosunda pik saatlarda qatarlar arasında interval iki dəqiqə ilə davam etdirilir.

Yenicag.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, intervalı 2 dəqiqədən az eləmək mümkün deyil.

H.Məmmədov bəzi stansiyalarda qatarlar arasında intervalın daha çox olması məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, bu proses “28 may stansiyasından sonra yaranır: “Metronun “Həzi Aslanov”-“28 May” stansiyaları arasında pik saatlarda interval 2 dəqiqə müəyyənləşdirilib. “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına da qatarlar 2 dəqiqə intervallarla hərəkət edir. “Həzi Aslanov” stansiyasında gələn qatar 2 dəqiqə intervalla “İçərişəhər” stansiyasına, digər qatar isə “Dərnəgül” stansiyasına eyni intervalla gedəndə qatarlar arasındakı interval 4 dəqiqəyə qədər uzanır”./Trend/

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv