Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib.

Yenicag.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat rəhbəri Nəsimi Paşayev APA-ya açıqlamasında ləngiməyə Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlığın səbəb olduğunu bildirib.

Məlumata görə, qatarın sərnişinləri “28 May” stansiyasında boşaldılıb. Artıq tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb. Metroda qatarların hərəkəti bərpa edilib.

Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

www.yenicag.az

948
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100