“Metropoliten”ə yeni mətbuat katibi təyin olundu

Bəxtiyar Məmmədov Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Yenicag.az-ın məlumatına görə, B.Məmmədov artıq 5 ildir ki Bakı metrosunda fəaliyyət göstərir.

O, 2017-ci ilin yanvarından Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl “Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev idi.