!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

!Reklam – Yazi

Gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Yenicag.az “Bakı Metropliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, paytaxtda keçirilən kütləvi mədəni tədbirlər nəzər alınaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq.

“Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək. Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək”, – deyə məlumatda bildirilir.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv