!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosu bu tarixdə 1 saat əlavə İŞLƏYƏCƏK

!Reklam – Yazi

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar noyabrın 9-dan 10-na keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı quruma “Qarabağ Futbol Klubu” MMC Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vasitəsi ilə metroya müraciət edib: “Müraciət deyilirdi ki, qarşılaşma gecə saatlarında başa çatacaq. Bunu nəzərə alaraq, noyabrın 9-dan 10-na keçən gecə metronun iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq”.

“Bundan əlavə, matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Ümumilikdə, gün ərzində bütün stansiyalarda qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmaqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”, – deyə H.Məmmədov əlavə edib.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv