Reklam: High Technic
hightechnic

Bakı metrosunda qadın özünü qatarın altına atdı

Bakı metrosunun “Ulduz” stansiyasında intihara cəhd olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun “Ulduz” stansiyasında baş verib.

Onun sözlərinə görə, 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

N.Paşayev deyib ki, intihara cəhdin səbəbləri hələlik məlum deyil.

Yeniçağ.az

www.yenicag.az

99