!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda qatarda nasazlıq yarandı

!Reklam – Yazi

Bakı metrosunda qatarın qapısındakı nasazlıq yaranıb.

Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki,”Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

“Vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. “28 May” stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından, “Gənclik” stansiyasından başlayaraq, qatar sərnişinlərlə yoluna davam edib”, – deyə bildirilib.

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv