!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda qatarda nasazlıq yarandı, gecikmə oldu

!Reklam – Yazi

Bakı metropoliteninin “Şah İsmayıl Xətai” stansiyasında qatarın qapıları xarab olub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Sərnişinlərdən birinin qapını əli ilə saxladığı və bu səbəbdən qapılarda problem yarandığı iddia edilir. Bu səbəbdən qatar stansiyadan gec çıxıb və qrafikdə gecikmə yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında metronun “Şah İsmayıl Xətai” – “Cəfər Cabbarlı” mənzilində qatarın bir vaqonunun qapısında nasazlıq ehtimalı olub:
“Bu səbəbdən maşinist və təlimatçı maşinist vaqona baxış keçiriblər. Ehtiyat tədbiri kimi qatar dərhal xətdən çıxarılıb. Müntəzəm olaraq hazır saxlanılan digər qatar xəttə verilib. Ümumi olaraq qatarların qrafikində bir dəqiqə gecikmə olub. Fasilə az olduğundan növbəti reysdə bu fərq də aradan qaldırılıb. Hazırda qatarlar normal qrafiklə hərəkət edir”./oxu.az

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv