!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda tüstüləmə: Qatarların hərəkəti məhdudlaşdırıldı / YENİLƏNDİ

!Reklam – Yazi

Bakı metrosunda qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib.

Bu barədə Yenicag.az-a Bakı Metropolitenindən məlumat verilib.

Hazırda “Bakı Metropoliteni” problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

“Metropolitenin “yaşıl” və “qırmızı” xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib. Yeganə istisna “Cəfər Cabbarlı- Xətai” stansiyalarıdır”, – qurumdan bildirilib.

Bildirilib ki, metroya bomba qoyulması barədə yayılan məlumatlar tamami ilə yanlışdır: “Məsələ araşdırılır”.

*14:56

“28 May” metro stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv