Reklam

Reklam

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: “Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib”.

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4321
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."