!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda yaranan ləngimənin SƏBƏBİ

!Reklam – Yazi

Bakı metrosunda qatarların hərəkət intervalında ləngimə yaranıb.

“Bakı Metropoliteni” QSC-dən Yenicag.az-a verilən məlumata görə, “Dərnəgül” metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb.

“Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb”, – məlumatda bildirilir.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv