!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda yeni il qatarı

!Reklam – Yazi

“Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağıilə xəttə çıxır. Hər gün xətdə olacaq”.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Facebook səhifəsində məlumat verib.

“2022-ci ilə sayılı günlər qaldığı bir vaxtda Yeni ilin gəlişini bildirən və bayram əhval-ruhiyyəsi hiss etdirən bəzədilmiş şam ağacları metropolitenin şəhər mərkəzinə yaxın, habelə üç xəttin əsas stansiyalarının vestibüllərində qoyulub. Onlar Qırmızı xəttin “İçərişəhər”, “28 May” və “Koroğlu”, Yaşıl xəttin “Elmlər Akademiyası” və Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində quraşdırılıb”, – B.Məmmədov qeyd edib.

O, əlavə edib ki, metropolitendə bayram ovqatlı rəngarəng tədbirlər isə dekabrın 29-dan başlayaraq yeni ilin ilk gününə qədər davam edəcək: “Dekabrın 29-30-da Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız sərnişinlərlə görüşə gələcəklər. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcəklər. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirəcək, onları müxtəlif hədiyyələrlə sevindirəcəklər. Böyük şou-tamaşa nəinki azyaşlı sərnişinlərə, həmçinin tədbir ziyarətçilərinə əyləncəli unudulmaz anlar yaşadacaq”.

Dekabrın 31-i və yanvarın 1-də isə metropolitenin daha bir ənənəsinə uyğun olaraq, konsert proqramı təşkil ediləcək. “İçərişəhər” və “28 May” stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartet canlı musiqi sədaları ilə sərnişinlərin bayram ovqatını daha da yüksəldəcək.

 

 

 

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv