!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosundakı faciənin ƏSL SƏBƏBİ – Metropolitendən AÇIQLAMA

!Reklam – Yazi

Bakı metrosunda baş verən ölüm hadisəsinin səbəbi bəlli olub. Metropolitendə elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev insultdan dünyasını dəyişib.

Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə bağlı bunları deyib:

“Çümə günü işçi özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında öz funksiyasını yerinə yetirib. Gecə halı pisləşib. Təcili tibbi yardım dəvət olunub. O, xəstəxanaya yerləşdirilib. Dünən axşam insultdan dünyasını dəyişib. Bununla bağlı Dövlət Əmək Müfəttişliyinə də məlumat verilib”.

“Onun iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı iddia olunanların heç bir əsası yoxdur”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.

Cəvahir

www.yenicag.az

1103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv