Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bakı olimpiadası-2014” başa çatdı – Siyahı

BakiOlimpiadasiYekunFotolar (53)Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr arasında müxtəlif fənnlər bloku (informatika, siyasi biliklər, təbiət elmləri, tarix və coğrafiya) üzrə keçirilən “Bakı olimpiadası-2014” layihəsi başa çatdı.

Monolit Plaza otelində keçirilmiş bağlanış və qaliblərin mükafatlandırılması mərasimində Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə reallaşdırılan gənclər siyasəti haqqında məlumat verərək, savadlı gənc nəslin formalaşmasının vacibliyini vurğuladı.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında bu kimi tədbirlərin önəmli olduğunu vurğuladı.

Çıxış edən AzGF-in Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov gənclər fondunun bundan sonra da bu kimi bilik yarışmalarını dəstəkləyəcəyini bildirdi.

Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov olimpiadanın finalçılarını bir daha təbrik edərək, onları ATGTİ-nin fəaliyyətində yaxından iştirak etməyə dəvət etdi.

Mərasimin sonunda “Bakı olimpiadası-2014” hər bir fənn bloku üzrə qaliblər elan edildi, onlara sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi.

Qaliblər siyahısı:

Tarix və coğrafya fənni üzrə:

1-ci yer ADİU tələbəsi – İbrahim Vəlizadə

2-ci yeri DİA tələbəsi – Aydan Tağızadə

3-cü yer “Qafqaz” Universitetinin tələbəsi – Cavid Qədirov

İnformatika fənni üzrə qaliblər:

1-ci yer ADNA tələbəsi – Tural Qurbanov

2-ci yeri ATU tələbəsi – Elnur Hacıyev

3-cü yer AzTU tələbəsi – Nuridə Məmmədova

Siyasi biliklər fənni üzrə qaliblər:

1-ci yer BDU tələbəsi – Fərid Əliyev

2-ci yeri DİA tələbəsi – Lətifə Məmmədova

3-cü yer BDU tələbəsi – Səbuhi Abbasov

Təbiət elmləri fənni üzrə qaliblər:

1-ci yer ATU tələbəsi – Elxan Talıblı

2-ci yeri ATU tələbəsi – Ülkər Həsənli

3-cü yer ATU tələbəsi – Ülvi Hacızadə

 

 

Loading...

www.yenicag.az

477