!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırıldı

!Reklam – Yazi

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.

Yenicag.az xəbər verir ki “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı olan qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv