!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalmışdı: Hərəkət 3 saat sonra bərpa olundu - YENİLƏNDİ 2

!Reklam – Yazi

Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.

***21:12

Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzil başına çatdırılacaq.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

***19:48

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv