Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Qazax magistralında Türkiyə vətəndaşının avtomobili qəzaya uğrayıb

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə yolun 430—cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi “Dociya” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

409