!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda ard-arda baş verən QƏZALAR: "Radarlar sabit olduğu üçün..." - AÇIQLAMA

!Reklam – Yazi

Ötən illərdən bəri Bakı-Qazax yolunda demək olar ki, hər gün qəza hadisəsi baş verir. İstər manevr, istərsə də toqquşma halları olur. Qəzaların xeyli hissəsində avtomobildəki şəxslər vəfat edir.

Təkcə ötən il həmin yolda 60-dan çox yol-nəqliyyat hadisəsi baş verib. 2023-cü ildə isə 30 dəfədən çox qəza olub.

Sosial şəbəkə istifadəçiləri bildirir ki, həmin yola nəzarət edilmir. Bakı-Qazax istiqamətindəki yollar çox dar və maneələrlə doludur. Bundan əlavə, bir hadisə baş versə, dərhal tıxac yaranır. Məsələn, o istiqamətdə su borusu partlasa, bu, dərhal tıxaca səbəb olur.

Bəs bunun səbəbi nədir? Niyə bir magistral xətt hər ay neçə-neçə ailənin həyatına son qoyur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu qəzalar sürücü məsuliyyətsizliyindən irəli gələ bilər:

“Bundan əlavə, yolun işıqlandırılmaması da qəzaya səbəb olur. Xüsusən də Bakı və bölgələr arası fəaliyyət göstərən qanunsuz sərnişin daşıma avtomobilləri qəza törədir. Onlar radarların və kameraların yerini bilirlər. Radarların yeri sabit olduğu üçün, sürücülər radar olmayan yerlərdə istədiklərini edirlər.

Məncə, stasionar radarlardan mobil radarlara keçmək lazımdır. Eyni zamanda nəzarət mexanizmi gücləndirilməlidir”.

Şahanə Paşa

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv