!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda qəza oldu: Ölən var

!Reklam – Yazi

Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində “Hyundai Santa Fe” və “VAZ 2106” markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Yenicag.az-a verdiyi məlumata görə, hadisə nəticəsində “VAZ 2106” avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv