!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda yük avtomobilləri toqquşdu: 2 nəfər öldü

!Reklam – Yazi

Bakı-Qazax avtomobil yolunda ağır qəza olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə qeyd olunub.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv