!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı, Quba, Masallı, Şamaxıda təlimlərə start verilir

!Reklam – Yazi

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli  Bölməsi Bakı, Quba, Masallı, Şamaxı rayonlarında maarifləndirmə tədbirlərinə başlayır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutacaq.

Yenicag.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsindən verilən açıqlamada bildirilir ki, 3 ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ictimai iştirakçılıq haqqında qanunvericiliyin müddəaları və əsas prinsipləri barədə yerli əhalinin maarifləndirilməsi, qanunvericiliyin təbliği, eyni zamanda ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasıdır.

Layihə çərçivəsində görüləcək işlər Bakı, Masallı, Quba  və Şamaxıda 1 günlük tədbirlər keçirilməsi nəzərdə tutulur. Tədbirlərin birinci hissəsində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, onun işləmə mexanizmləri, praktiki məsələlər, işləmə mexanizmində üzləşilən çətinliklər barədə, ikinci hissəsində isə dialoq formatında sorğular keçiriləcək.

İctimai Birliyin rəhbəri Səadət Bəyəynarlının sözlərinə görə, bölgələrdə yaşayan insanların qanunvericiliyinin müddəaları barədə maarifləndirilmələri  vətəndaşlarla dövlət orqanı, bələdiyyələr və digər dövlət qurumları arasında fəaliyyətin səmərəliliyinin və operativliyinin yüksəldilməsinə, vətəndaş – məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına dəstək olunacaq.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv