!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürüldü - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında baş verən yanğın söndürülüb.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, Sumqayıt şəhəri ərazisində 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:24

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv