!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda 6 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU - YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 6 nəfər həyatını itirib.

Hadisə yerindən yeni görüntülər yayılıb.

Qeyd edək ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

1992-ci il təvəllüdlü olan şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.

Xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayevdir./APA/

Həmin görüntüləri təqdim edirik:

***

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes Vito” markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.


www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv