!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir

!Reklam – Yazi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28,5-ci kilometrində yeni yerüstü piyada keçidinin tikintisinə start verib.

Yenicag.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, hazırda keçiddə özül svayları vurulur. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Layihə üzrə keçidin ümumi uzunluğu 45 metr, eni 3,5 metr, pilləkənlərin eni 2,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid tağvari metal konstruksiyalıdır.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv