!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda yük avtomobilləri toqquşdu - YENİLƏNDİ

!Reklam – Yazi

Sözügedən qəza bu gün Bakı-Quba yolunun 63 kilometrliyində baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə “KamAZ” və “İsuzu“ markalı yük avtomobilləri toqquşub. Hadisə nəticəsində “İsuzu” yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ağayev Elnur Eldar oğlu alın nahiyəsindən xəsarət alıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.

“Əlavə olaraq onu da qeyd edək ki, sözügedən Bakı-Quba yolunun 63-cü km-də gün ərzində daha bir qəza qeydə alınıb. Yeddi nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari qəzada ölən və yaralanan olmasa da, nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib”,-deyə idarədən bildirilib.

Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edərək, avtomobil yollarında diqqətli olmağa çağırıb.

*** 12:20

Bakı-Quba yolunda iki yük avtomobili toqquşub.

Yenicag.az xəbər verir ki, ehtmal edilir ki, qəzaya səbəb dumanlı hava şəraitinə görə yolda görmə məsafəsinin azalması olub. Magistralda sıxlıq yaranıb.

Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv