!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolundan istifadə edən sürücülərin DİQQƏTİNƏ - VİDEO

!Reklam – Yazi

Bakı-Quba avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq.

Vətəndaşları uzun müddətdir narahat edən Bakı-Quba yolu əsaslı təmir olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən   verilən məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.

Artıq bu gündən işlərə start verilib. Yolun təmir gedən hissəsi hərəkətə bağlanıb. Sürücülərdən təmir-bərpa işləri zamanı   hərəkətdə olarkən diqqətli olmaları,  və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv