Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, məlumata əsasən agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən Bakı-Quba yolunun kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Həmin ərazidə bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.