!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakini beş nəfər tərəfindən döyüldü

!Reklam – Yazi

Fevralın 21-də saat 16 radələrində Bakının Nəsimi rayonunun C.Səlimov küçəsində bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla beş nəfərin xuliqanlıq zəminində R.Mamedovu döyüb xəsarət yetirdiyi, onu “Fiat” markalı avtomobillə apararaq 3-cü mikrorayon ərazisində buraxdığı müəyyən olunub.

Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ədalət Vəliyev və Pərviz Nəhmətov müəyyən olunaraq saxlanılıblar. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv