!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakini döyülərək 2 min manatı əlindən alındı

!Reklam – Yazi

Bakı sakini döyülərək 2 000 manatı əlindən alınıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin paytaxt sakini E.Məmmədovu döyərək 2 000 manatını almaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv