!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Şamaxı-Yevlax yolunu su basdı - Yüzlərlə avtomobil yolda qaldı

!Reklam – Yazi

Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb.

Yenicag.az-ın məlumatına görə, İsmayıllı rayonuna yağan güclü leysandan sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.

Bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.

Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür./report

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv