Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı Şəhər Baş Polis İdarəsi: "Əli Kərimliyə DİN Hospitalında tibbi yardım edilib və ..."

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna zidd olaraq oktyabr ayının 19-da saat 15:00-da metronun «28 May» stansiyasının önündəki meydanda mitinq keçirtməyə cəhd göstəriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumatda bildirilir ki, görülmüş tədbirlərlə bu hüquqazidd hərəkətlərin qarşısı alınıb, onun təşkilatçıları və bəzi iştirakçıları saxlanılaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin edilib.

Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə yerləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb.

Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.

www.yenicag.az

3323