icraDövlət Şəhərsalma və Arxitektura Komitəsi və qurum yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan” layihəsində Bakının sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb.

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, təqdim edilən rəsmi sənəd barədə açıqlama verib.

“Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamasında bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmamış, lazımi ekspertizadan keçirilməmiş və ölkə rəhbərliyinə məruzə edilməmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."