Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Sumqayıt elektrik qatarları bu qrafiklə işləyəcək - RƏSMİ

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr (bazar ertəsi) qeyri-iş gününün (Dövlət Bayraq Günü) olması ilə bağlı Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edib.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

– Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar;

– Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar;

– Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar;

– Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar;

– Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar;

– Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 7-8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Loading...

www.yenicag.az

255
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100