Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub.
QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib.
Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb:
“Avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır”.