!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt qatarlarında yaranan problemin səbəbi barədə rəsmi açıqlama yayıldı

!Reklam – Yazi

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub.

QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib.

Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb:

“Avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır”.

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv