!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt və "Dərnəgül" yolunda uzun tıxac yarandı - FOTO

!Reklam – Yazi

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Yenicag.az xəbər verir ki, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan və Xırdalan şəhərinin girişindən Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac metronun 20 Yanvar stansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektində də uzun kilometrajlı tıxac yaranıb.

Xatırladaq ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

 

 

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv