!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Ukrayna reysləri ləğv edildi

!Reklam – Yazi

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.

“Buta Airways”in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, – məlumatda deyilir.

***

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib.

Bu barədə AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysi ləğv edilib.

“Rosaviasiya”nın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv