Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında - Mühüm qərarı Mehriban Əliyeva açıqladı

Bu il 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.

Yenicag.az xəbər verir ki, Mədəniyyət və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində bu münasibətilə xalqımızı təbrik edib:

“Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Qeyd edək ki, bu şəbəkə inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir.

Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.

Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Gülşən Şərif

www.yenicag.az

2675
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM