!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı və İrəvanın arzulamadığı PERSPEKTİV: “Gün kimi aydındır ki, müharibənin yenidən başlaması...”

!Reklam – Yazi

“Tərəflər siyasi oyun oynayırlar, həlledici addım ərəfəsində bir-birini qorxutmağa, təsir etməyə çalışırlar”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesində tərəflərin öz ritorikalarını tez-tez dəyişməsinin səbəblərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, yaranmış şəraitdə müharibənin yenidən alovlanması ehtimalı sıfıra bərabərdir:

“Həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətlər cəmiyyəti müəyyən mesajlar verməklə idarə edir. Prinsip etibarilə, müharibə ehtimalı azalır və savaş üçün ciddi əsas da yoxdur.

Ümumiyyətlə, müharibənin bərpası həm Azərbaycana, həm də Ermənistana ziyandır. Çünki bu halda onların dövlət kimi mövcudluğu sual altına düşə bilər.

Tərəflər siyasi oyun oynayırlar, həlledici addım ərəfəsində bir-birini qorxutmağa, təsir etməyə çalışırlar. Başqa bir şey görmürəm. Mənim üçün gün kimi aydındır ki, müharibə olmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv