!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı və Xankəndi nümayəndələrinin Sofiyada keçirilməsi planlaşdırılan görüşünü Rusiya POZDU

!Reklam – Yazi

Ağdam-Xankəndi yolunun açılması konstruktiv prosesin yalnız başlanğıcıdır. Bakı və Xankəndi nümayəndələri arasında birbaşa danışıqlar formatında Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrinin tərksilah edilməsi, separatçı strukturların ləğvi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin Azərbaycanın hüquqi məkanına reinteqrasiyası məsələləri müzakirə edilməlidir və müzakirə olunacaq.

Yenicag.az xəbər verir ki, bundan əvvəl Bolqarıstanın paytaxtı Sofiyada Bakı və Xankəndi nümayəndələrinin görüşü razılaşdırılıb. Lakin sonunda bu görüş baş tutmayıb. Erməni fəalların sözlərinə görə, Sofiyada keçirilməsi planlaşdırılan görüşdən xəbər tutan Rusiya görüşü pozub.

Adının çəkilməsini istəməyən Avropa İttifaqının nümayəndəsi “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, hazırda Xankəndi və Bakı nümayəndələri arasında görüşün təşkili məsələsi dalana dirənib. Mənbənin sözlərinə görə, masada yeni təkliflər yoxdur və buna görə də belə bir görüşün nə vaxt və harada keçirilə biləcəyi məlum deyil.

Onun təşkilinə əsas maneə Qarabağ separatçılarının irəli sürdüyü şərtlərdir. Xüsusilə, Bərdə, Yevlax və ya Azərbaycanın bilavasitə nəzarəti altında olan digər şəhərlərdə görüşün onlar üçün “böyük risk” yaratdığını bəhanə edirlər. Buna görə də danışıqların “beynəlxalq format əsasında, beynəlxalq standartlar əsasında, beynəlxalq təşkilatlar çərçivəsində vasitəçilərin iştirakı ilə” baş tutmasını israr edirlər.

Separatçılar təkidlə bildirirlər ki, Rusiya sülhməramlılarının müşayiəti olmadan Yevlaxda, ya da Bərdədə birbaşa danışıqlara getməyəcəklər.

Məsimə

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv