!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı yollarının “GÖRÜNMƏZ” XƏTLƏRİ: “Problemin bu həddə çatmasının əsas səbəbi...”

!Reklam – Yazi

“Çəkilən nişanlanma xətləri ilə bağlı problem dəfələrlə ictimailəşdirilsə də, vəziyyət dəyişmir”

Bu fikirləri Bakının mərkəzi və ətraf küçələrində çəkilən yol xətlərinin keyfiyyəti haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qəzaların baş verməsində əsas faktorlardan biri məhz yol infrastrukturunun düzgün təşkil olunmamasıdır:

“Sözügedən problemin bu həddə çatmasının əsas səbəbi işə məsuliyyətsiz yanaşma və onun keyfiyyətsiz icrası, həmçinin istifadə olunan materialların yarasızlığıdır.

Çəkilən nişanlanma xətləri ilə bağlı problem dəfələrlə ictimailəşdirilsə də, vəziyyət dəyişmir. Görünür, bu qədər ictimai qınaq və, insanların həyatına yaranan təhlükə aidiyyatı qurumları narahat etmir. Bu işin texnologiyası hələ Sovet dövründə kifayət qədər təkmil idisə, iyirmi birinci əsrdə müstəqil Azərbaycanda həmin işi daha keyfiyyətli görməyə nə mane olur?

Axı burada söhbət insan həyatından, yol hərəkətinin düzgün təşkilindən gedir. Lazimi qurumlar bu məsələləri düşünərək məsuliyyətli olsalar, daha yaxşı nəticələr əldə edilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsində sürücülərin məsuliyyətsizliyi, qaydaların pozulması, avtomobillərin texniki vəziyyəti və yol infrastrukturu amilləri rol oynayır.

Yolda nişanlanma xətti görülmürsə, nişan yoxdursa, işıqfor işləmirsə, baş verən qəza insan ölümü ilə nəticələnirsə, bütün bu faciələr işi keyfiyyətsiz görən şəxslərin məsuliyyətsizliyi ucbatından baş verir”.

İsmayıl Bakuvi

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv