!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı - VİDEO

!Reklam – Yazi
Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

Yenicag.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Qız deyib ki, 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib:

“Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram”.

Qızın anası isə “Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram”, – sözlərini söyləyib.

Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

Oğlanın anası isə “Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik ki, yaşı tamam olsun, sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki… Arvadı oturmadı, qaçıb getdi”, – sözlərini əlavə edib.

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv