Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda 1500-dən çox obyektdə qaydalar pozuldu - FOTOLAR

İqtisadiyyat Nazirliyinin Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.

Yenicag.az xəbər verir ki, iyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Tər Gül” ticarət mərkəzində 4, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində 14, Nərimanov rayonunda “Gənclik Mall”da 2, Nəsimi rayonunda “28 Mall”da 6 obyektdə, “SSİ retail” MMC-yə məxsus “New Yorker” mağazasında, Suraxanı rayonunda “Cənub Market”də və “Ekonom Market”də, Xəzər rayonunda “OBA Market”də, Mayis Ağayevə məxsus “Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, “Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində “Aptek Bəxtiyar”da, Abşeron rayonunda “Rahat Market”də və “Səma Market”də, Xətai Abbasova məxsus “Şərab evi”ndə, Cəlilabad rayonunda “Bizim İnşaat”, “Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus “Oboy evi”ndə, İsmayıllı rayonunda Elvin Mursaliyevə məxsus “Kafe”də, “Bolluq Market” və “Bol Market”də, Qəbələ rayonunda “Çay evi”ndə, “Oğuz dönər” və “Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda “Sədərək”, “Cehizlik aləmi” mağazalarında, “Məxməri çay evi”, “Lider dönər evi” ictimai iaşə obyektlərində və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 3-dək 3158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

www.yenicag.az

178