!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 4 avtobusun hərəkət sxemi dəyişdiriləcək

!Reklam – Yazi

Sabah Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.

Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv