!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 500 manata odlu silah satan şəxs həbs edildi

!Reklam – Yazi

Bakıda daha bir silah alcverçisi yaxalanıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı atəş üçün yararlı tapança aşkar edilərək götürülüb. Zeytun Məmmədov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

4-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv