Reklam: High Technic
hightechnic

Bakıda 7 marşrut xətti müsabiqəyə çıxarıldı

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

www.yenicag.az

1005