!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 7 yaşlı uşağı öldürmək istəyən gənclə bağlı QƏRAR

!Reklam – Yazi

Bakı Apellyasiya Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daşla vuraraq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki vasitə atması olub.

M.Bağırov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham olunub.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv