!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda adam oğurlayan fermerlə bağlı QƏRAR

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Ismayılov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, F.İsmayılov Bakının Sabunçu rayonu ərazisində heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və həmin şəxslər azad edilib.

F.İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 144-1-ci(insan alveri) maddələri ilə ittiham elan edilib.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv