!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağır qəza oldu: Ölənlərin sayı artdı - YENİLƏNDİ 2

!Reklam – Yazi

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və “Toyota” markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.

***

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: “Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.

***

Bakıda Nizami rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, hadisə zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. “Mercedes”də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır”.

Baş inspektor bildirib ki, qəza ilə əlaqədar yolda yaranmış sıxlıq aradan qaldırılıb, avtomobillərin hərəkəti təmin olunub.

“Sürücüləri bayram günlərində diqqətli olmağı çağırır, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik”, – deyə o bildirib.

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv