Reklam: High Technic
hightechnic

Bakıda ağır qəza - Ölən və yaralanan var

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, mayın 25-də Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi “Hyundai” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2153